Növbəti üç gündə bölgələrdə küləkli hava şəraiti gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qurumdan sarı xəbərdarlıq elan edilib. Belə ki, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Kəlbəcər, Sabirabad, Biləsuvar, Masallı, Şirvan, Neftçala, Lənkəran, Cəlilabad, Goranboy, Naftalan, Gəncə, Şabran, Siyəzən, Xaçmaz, Xızıda fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.