Novruz tətili günlərində qəzalarda ölənlərin sayı açıqlanıbbackend

Novruz tətili günlərində Azərbaycanda yol-nəqliyyat hadisələrində 7 nəfər ölüb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib.

O qeyd edib ki, martın 20-dən 25-dək avtomobil yollarında ölümlə nəticələnən 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb.

“Yol-nəqliyyat hadisələrinin növünə gəldikdə isə 3-ü piyadavurma, 2-si maneəvurma və 2-i aşmadır. Ötən il Novruz tətili günlərində 14 nəfər qəza nəticəsində ölmüşdü. Bu da 50 faiz azalma deməkdir”, – DYP rəsmisi vurğulayıb.