Novruz Türk Dünyasının ortaq bayramı oldubackend

Novruz bayramı Türk dünyasının ortaq bayramı statusunu alıb.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Qərar Türk Dövlətləri Təşkilatının Macarıstanın paytaxtı Budapeştdə keçirilən qeyri-rəsmi Zirvə görüşündə qəbul olunub.

Təklif Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülüb və iştirakçı dövlət başçıları tərəfindən dəstəklənib.

Toplantıda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir.