Noyabr ayı üzrə pensiyaların ödənişi başa çatdırıldıbackend

Noyabr ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb.

Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili məlumat verib.

Bildirilib ki, dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə də noyabr ayının pensiyaları ödənilib. Vətəndaşlar pensiyalarını Beynəlxalq Bankdan və Kapital Bankdan onlara verilmiş kartlar vasitəsilə həmin bankın bankomatlarından əldə edə bilərlər.

Qeyd edək ki, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə noyabr ayının pensiyaları bu ayın 6-da ödənilib.

İctimai.az