Noyabrın 4-nə gözlənilən hava proqnozu açıqlanıbbackend

Azərbaycan ərazisində noyabrın 4-nə gözlənilən hava proqnozu açıqlanıb.

İctimai.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, gün ərzində arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-13, gündüz 15-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 772 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85% təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşam qərb rayonlarında yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11, gündüz 17-21, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.