Nümayəndələr Palatasının Ticarət Komitəsi Tiktokun ABŞ-da fəaliyyətini davam etdirməsi üçün şərtlər qoyubbackend

ABŞ Konqresinin Nümayəndələr Palatasının Ticarət və Energetika Komitəsi yekdilliklə ABŞ-da Tiktokun qadağan edilməsinə səbəb ola biləcək qanun layihəsini qəbul edib. Bu barədə Reuters yazır.

Sənəd Konqresin hər iki palatası tərəfindən qəbul edilsə və prezident tərəfindən imzalansa, Tiktok-un sahibi olan Çinin ByteDance şirkəti ya sosial şəbəkəyə nəzarətdən 6 ay müddətinə imtina etməli, ya da ABŞ-da qadağa ilə üzləşməli olacaq. ABŞ-da Tiktok tətbiqindən təxminən 170 milyon insan istifadə edir.

“Hökumət 170 milyon amerikalını konstitusion ifadə azadlığı hüququndan məhrum etməyə çalışır”, – deyə Tiktok nümayəndələri bəzi amerikalı deputatların qanun layihəsini dəstəkləməsini şərh edərkən bildiriblər.

Mənbə: Reuters