Nvidia ABŞ-da Çinə çip ixrac etmək üçün lisenziya aldıbackend

ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosu Nvidia-ya H20 çiplərini Çinə satmaq üçün lisenziya verib.

Bu barədə Financial Times (FT) mənbələrə istinadən məlumat yayıb.

Nvidia bu çip modelini xüsusi olaraq Çin bazarı üçün yaratmışdır. Qeyd olunur ki, lisenziyanın verilməsi ilə bağlı qərar çərşənbə günü Nvidia-nın baş direktoru Censen Huanq ilə ABŞ prezidenti Donald Tramp arasında keçirilən görüşdən sonra qəbul edilib.

Bundan əvvəl iki Çin vətəndaşının Kaliforniyada ABŞ-ın ixrac məhdudiyyətlərindən yayınmaqda və Çinə qeyri-qanuni olaraq yüksək məhsuldar Nvidia sürətləndiricilərini tədarük etməkdə ittiham olunaraq həbs edildiyi bildirilirdi.