Ukrayna prezidenti Vladimir Zelenski ilə ABŞ prezidenti Co Bayden arasında Vaşinqtonda keçirilən görüşdə Ukrayna lideri Kiyevə yeni ATACMS raketlərinin verilməsini istəyib, həmçinin hava şəraitinə baxmayaraq, Ukraynanın əks-hücumunun payız və qış aylarında davam edəcəyinə söz verib. Bu barədə New York Times xəbər verir.
Nəşr yazır ki, Zelenskinin sözlərinə görə, Ukrayna əks-hücumla Rusiyanın zəifliyindən istifadə etməyə ümid edir. Ukrayna lideri hesab edir ki, Rusiya ordusu itkilərə görə “fasilə verməli olacaq”.
“Qışda dayana bilmərik. Çətindir. Amma bizdə ötənilki təcrübə var”.
Mənbə: A Haber

