“OBA”da vaxtı keçmiş ərzaq müştəriyə satılıb – FOTObackend

Ölkənin demək olar hər bir bölgəsində fəaliyyət göstərən “OBA” Marketlər Şəbəkəsindən şikayətlər səngimir.

İctimai.az xəbər verir ki, “OBA”nın Bakı şəhəri, Yasamal rayonunda yerləşən dükanlarından birində 14 noyabr 2020-ci ildə müştərinin aldığı suxarinin yararlılıq müddəti bitsə də, məhsul satışdan çıxarılmayıb. Belə ki, 24 avqust 2019-cu ildə istehsal olunan və bu ilin fevralında yararlılıq müddəti bitən məhsul müştəriyə satılıb. Alıcı bununla bağlı sosial şəbəkələrdə paylaşım edib və “OBA” tərəfindən edilən məsuliyyətsizlik insanlar tərəfindən kəskin tənqid edilib.

Qarşı tərəfin açıqlamasını dinləməyə hazırıq. Məsələ diqqətimizdədir.

Sözü gedən məhsulun və çekin fotolarını təqdim edirik:

İctimai.az