“OBA”dan “Xeyirxah”ın aksiyasına dəstək – FOTOLARbackend

“OBA” marketlər şəbəkəsi “Xeyirxah”ın aksiyasına dəstək verib. 

Bu barədə İctimai.az-a “Xeyirxah”dan məlumat verilib.

Qeyd etdiyimiz kimi, xüsusi bir yardım aksiyamız olmasa da mütəmadi olaraq müraciət edənlərin çağırışına səs verməyə çalışırıq. Bir müddət əvvəl “OBA” marketlər şəbəkəsinə 17 ailənin gündəlik ərzaq yardımı ilə bağlı etdiyimiz müraciətə cavab olaraq təşəbbüsümüzə dəstək verildi. Eyni zamanda Elvin Məmmədov adlı xeyirsevər gəncin bizə təqdim etdiyi  8 ailə üçün nəzərdə tutulmuş ət məhsulunu da əlavə edərək ailələrə çatdırdıq.

Məlumat üçün qeyd edək ki, “OBA” marketlər şəbəkəsi bir sıra marketlərində yardım səbətləri hazırlayıb.

İctimai.az