ABŞ-ın keçmiş prezidenti Barak Obama vitse-prezident Kəmalə Harrisin prezident seçkilərində demokrat namizəd kimi mümkün irəli sürülməsini dəstəkləmir, çünki o, respublikaçı Donald Trampı məğlub etmək qabiliyyətinə şübhə edir. Bu barədə New York Post hazırkı prezident Co Baydenə yaxın mənbəyə istinadən yazır.
İyulun 21-də Bayden ikinci müddətə namizəd olmayacağını açıqladı, lakin Harrisin namizədliyini dəstəklədi. Tramp da öz növbəsində dəfələrlə bildirib ki, onun üçün hazırkı vitse-prezidenti məğlub etmək Baydendən daha asan olacaq.
Qəzet mənbədən sitat gətirir: “Obama çox üzüldü, çünki onun qalib gələ bilməyəcəyini başa düşür… O, onu bacarıqsız hesab edir”.
Mənbə: New York Post