Odessa vilayətində partlayışlar baş veribbackend

Odessa və Odessa vilayətində silsilə partlayışlar baş verib. Bu barədə Ukraynanın “Dumskaya” nəşri məlumat yayıb.

Ukrayna ərazisinə hava hücumu xəbərdarlığı Kirovoqrad, Dnepropetrovsk, Nikolayev və Odessa vilayətlərində, həmçinin Kiyevin nəzarətində olan Zaporojye və Xerson vilayətlərində elan edilib.

Məlumata görə, Rusiya Silahlı Qüvvələri Krım körpüsündə baş verən terror aktından cəmi iki gün sonra, oktyabrın 10-da Ukraynanın infrastrukturuna zərbələr endirməyə başlayıb. Hücumlar ölkənin hər yerində enerji, müdafiə, hərbi və rabitə sektorundakı hədəflərə həyata keçirilir. O vaxtdan bəri hər gün Ukraynanın müxtəlif bölgələrində, bəzən hətta bütün ölkə ərazisində hava hücumu xəbərdarlığı elan edilir.

Mənbə: TASS