Odessada partlayışlar baş veribbackend

Ukraynanın cənubundakı Odessada gecə saatlarında partlayışlar baş verib, hava hücumundan müdafiə sistemi işə salınıb. Bu barədə Ukraynanın TSN agentliyi (“1+1” telekanalının Televiziya Xəbər Xidməti) yazıb.

Hələlik hadisənin başqa təfərrüatları yoxdur. Yerli hakimiyyət orqanları hələlik heç bir şərh verməyib.

Hava hücumu xəbərdarlığı Jitomir, Nikolayev, Odessa, Rivne və Xmelnitski vilayətlərində hələ də qüvvədədir.

Mənbə: TASS