“Odlar Yurdu–2019” Milli Mükafatı 8 apreldə təqdim olunacaqbackend

“Tonika Group”un təşkilatçılığı ilə 16 mart 2020-ci il tarixində “Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında” keçirilməsi nəzərdə tutulan  “Odlar Yurdu-2019” Milli Mükafatının təqdimetmə mərasiminin tarixi  dəyişdirildi.

Təşkilat komitəsindən  bildirildi ki, tədbirin tarixinin dəyişdirilməsinə səbəb   Mədəniyyət naziri Əbülfəs Qarayev koronavirus təhlükəsi ilə əlaqədar bütün müəssisələrin fəaliyyətinin martın 27-dək dayandırılması barədə tapşırığı olub. Biliyiniz kimi bizim tədbirin  keçiriləcəyi məkan  Mədəniyyət Nazirliyinin nəzdində olan Rəşid Behbudov adına Dövlət Mahnı Teatrıdır. Buna  görə də biz təşkilat komitəsi olaraq qərara aldıq ki, təqdimetmə mərasimini  8 aprel 2020-ci il tarixində təşkil edək.

Təşkilat komitəsindən verilən xəbərə görə, 8 aprel 2020-ci ildə keçiriləcək tədbirdə, 2019-ci ilin yekun nəticələrinə uyğun olaraq öz uğurlu fəaliyyətləri ilə həmkarlarından fərqlənən millət vəkillərinə, KİV nümayəndələrinə, iş adamlarına, mədəniyyət xadimlərinə, biznes qurumlarına, idmançılara, televizyalara, internet saytlara, radiolara, aparıcılara, jurnalistlərə, aktyorlara, aktrisalara, modelyerlərə və s. təqdim olunacaq.

İctimai.az