Oğurlanmış Tesla təqib zamanı “öldü”backend

FOX 11-in müxbiri Syuzan Hisarunenin Los-Ancelesdəki dayanacaqdan oğurlanan Tesla avtomobili təqib zamanı ölüb.

Bu barədə NEWS.ru Telegram kanalında məlumat yayıb.

Jurnalist supermarketdə olarkən avtomobil oğurlanıb. Bildirilir ki, proqramdan istifadə edərək avtomobilin yerini hesablamaq mümkün olub və polis qaçıran şəxsin quyruğunda olub. Lakin uzun sürən təqib nəticə vermədi – Tesla təxminən 20 kilometr yol getdi və enerjisi bitdi.

Mənbə: NEWS.ru