Oğurluq iştirakçısı qəniməti ilə öyündüyü İnstaqram paylaşımı sayəsində saxlanılıbbackend

Kaliforniyada zərgərlik mağazasından oğurluq edən iştirakçı İnstaqramdakı paylaşımına görə qənimətlə öyündüyünə görə cinayətini etiraf edib.

Beverli Hillsdəki Lüks Jewels mağazası 23 mart 2022-ci ildə qarət edilib. Qrupun oğurladığı qızıl-zinət əşyaları arasında dəyəri 2,6 milyon dollardan çox olan səkkiz üzük, yeddi cüt sırğa, dörd boyunbağı, 19 qolbaq və 20 saat olub.

Bu yaxınlarda cinayətdə təqsirli olduğunu etiraf edən 39 yaşlı Ladell Tharp bildirib ki, o, bir qrup şəriki ilə həmin gün mağazaya gəlib, bundan sonra müştərilər və satıcıların gözü qarşısında pəncərəni sındırmaq və qızıl-zinət əşyalarını oğurlamaq üçün “ağır alətlərdən istifadə ediblər”.  Həmin şəxs qeyd edib ki, oğurluq zamanı o, kənardan müşahidəyə cavabdeh olub və gözətçi kimi fəaliyyət göstərib.

Hadisədən iki gün sonra Tharpe İnstaqramda nağd pul nümayiş etdirən bir qrup kişinin şəklini yerləşdirib. O, həmçinin əlində “rezinlə bağlanmış çox böyük pul çubuqları” tutan şəxsin şəklini “#MOOD” yazısı ilə yerləşdirib və izləyicilərinə “onun quldur dəstəsi” haqqında məlumat verib. İndi amerikalını 20 ilə qədər həbs gözləyir.

Mənbə: haberler.com