Oksanadan ŞOK AÇIQLAMA: “Şəhriyarla boşanmışıq” – FOTObackend

Rəqqasə-aktrisa Oksana Rəsulova aparıcı həyat yoldaşı Şəhriyar Əbilovdan boşanıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

Oksana bildirib ki, Şəhriyarla nikahlarını bir il əvvəl sonlandırıb:

“Dəyərli izləyicilər, sizinlə mühüm bir mövzunu paylaşmaq istəyirik. Bunu ona görə sizinlə bölüşürük ki, hər zaman mənə və Şəhriyara dəstək olmusunuz, bunu bilmək haqqınızdır. Bildiyiniz kimi, biz Şəhriyarla 12 ildən çoxdur dostluq edirik. 5 il bundan öncə qərarlaşdıq ki, ailə həyatı quraq, kəbin etdik, sonra isə oğlumuz Osman dünyaya gəldi. Buna görə Allah şükür edirik. Bu xəbərə çox insanlar sevindi və bizi təbrik etdi, buna görə izləyicilərimizə minnətdarıq.

Təəssüf ki, çox yaxın dost olduğumuza görə, bizim münasibətimiz ailədən çox dost münasibəti kimi davam edirdi. Bir neçə dəfə ailə olmağa cəhd etdik, ər arvad olmağa çalışdıq alınmadı. Bir il öncə qərara gəldik ki, kəbinimizi pozaq, dost kimi münasibətimizi qoruyub saxlayaq. Hər ikimiz üçün daha yaxşı oldu. Onu da demək istəyirik ki, biz Şəhriyarla hazırda çox yaxın dost kimi qalırıq və ömrümüzün sonuna qədər hər ikimiz övladımızın yanındayıq. Allah bütün balaları qorusun”.

Qeyd edək ki, cütlük ötən il evli olduğunu açıqlamışdı. Oksana daha əvvəl reper Elşad Xose ilə ailəli olsa da, bu, Şəhriyarın ilk nikahı olub.