Olimpiadaya qatılmayan rusiyalı idmançılar pul mükafatı alacaqlarbackend

Rusiyanın İdman Naziri və Rusiya Olimpiya Komitəsinin (ROK) rəhbəri Mixail Deqtyarev siyasi səbəblərdən 2026-cı il Oyunlarında iştirak edə bilməyən rusiyalı olimpiyaçıların pul mükafatları alacağını açıqladı.

Onun sözləri Match TV-yə istinadən verilib.

“ROK İcraiyyə Komitəsi xain siyasi qərar səbəbindən Olimpiya Oyunlarında iştirak edə bilməyən bütün olimpiyaçılara pul mükafatları vermək qərarına gəldi”, – Deqtyarev bildirib.