VseProSport xəbər verir ki, sovet biatlonçusu, dördqat olimpiya çempionu Aleksandr Tixonov Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) Rusiyaya yarışmağa icazə versə belə, rusların Finlandiyada Dünya Kuboku mərhələsində yarışmağa icazə verilməyəcəyini bildirən Finlandiya Xizək Assosiasiyasının prezidenti Sirpa Korkattiyə cavab verib.
“Mən bu lənətə gəlmiş Finlər ölkəsini Xirosimaya çevirərdim. Bütün digər ölkələrə dərs olsun. Biz siyasət haqqında deyil, idman haqqında düşünməliyik. Onlar hər şeyi qarışdırıblar. Hələ SSRİ dövründə də deyirdim ki, bizim əsgər və dənizçilərdən başqa dostumuz yoxdur”, – Tixonov deyib.