Olimpiya çempionu İsinbayeva xaricə yaşamağa gedibbackend

Dayaqla tullanma üzrə ikiqat Olimpiya çempionu Yelena İsinbayeva İspaniyanın Tenerife adasına köçüb, El Digital Sur xəbər verir.

Məqalədə qeyd edilir ki, İsinbayeva sadə həyat tərzi keçirir, lakin adı açıqlanmayan “lüks kompleksdə” yaşayır.

2023-cü ilin fevralında Rusiya ordusunda mayor rütbəsi olan İsinbayeva 50 il müddətinə Ukraynanın sanksiya siyahısına salınıb.

Mənbə: El Digital Sur