AP News xəbər verir ki, 2024-cü ildə 4×100 estafet yarışında qızıl medal qazanan olimpiya çempionu Şa’Karri Riçardson sevgilisinə hücum etdiyi üçün həbs edilib.
İdmançı dördüncü dərəcəli məişət zorakılığına görə həbs edilib. O, iyulun 28-də sərbəst buraxılıb.
Polis məmuru müşahidə kameralarının görüntülərində Riçardsonun sevgilisinin bel çantasını tutduğunu, dartdığını və daha sonra getmək istəyəndə onun yolunu kəsdiyini görüb. Riçardson qulaqcığa bənzəyən əşyanı da atıb.
İdmançının sevgilisi özünü zərərçəkmiş hesab etmədiyini və əlavə istintaqda iştirakdan imtina etdiyini bildirib.