Ölkə daxilində də xalq öz lideri ətrafında sıx birləşib və insanların ürəyi Qarabağla birgə döyünürbackend

Məlum olduğu kimi Rusiyanın paytaxtı Moskva şəhərində Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iştirakı ilə 10 saatdan çox davam edən müzkirələr baş tutmuşdur. Müzakirələrin müddəti onu göstərir ki, kifayət qədər geniş və düşünürəm ki, Ermənistan üçün çətin görüş baş tutmuşdur. Əslində Moskva görüşündən əvvəl ölkə başçısı cənab prezident İlham Əliyevin xalqa müraciəti zamanı verdiyi mesajlar bu müzakirələrin çərçivəsini və xarakterini müəyyən etdi. Artıq Azərbaycan status-kvonu dəyişib, təmas xətti yoxdur, Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz ərazisində anti-terror əməliyyatları keçirir və buna müdaxilə etməyə heç kim bizə mane ola bilməz, şanlı Azərbaycan ordusu mənfur düşmənin 30 ildə qurduğu müdafiə xəttini qısa müddətdə dağıdır, uğurlu hərbi əməliyyat həyata keçirir. Ölkə daxilində də xalq öz lideri ətrafında sıx birləşib və insanların ürəyi Qarabağla birgə döyünür. Qarşı tərəfdə isə yüngül desək xaos və panikadır. Ümumi vəziyyət tam olaraq Azərbaycanın diktəsindədir. Moskvada əldə olunan razılaşma humanitar atəşkəsdir. Xüsusilə qeyd etmək istəyirəm ki, bu, humanitar atəşkəsdir və müvəqqəti xarakter daşıyır. Həm də cənab preizdentin də qeyd etdiyi kimi bu ermənistana verilmiş sonuncu şansdır. Ya onlar bu şansdan yararlanacaq və sülh yolu ilə Azərbaycan toprpaqlarını qaytaracaq, ya da müharibə davam edəcək və ermənistan daha böyük fəlakətlə üz-üzə qalacaq. Hər iki variantda biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Amma nəzərə almaq lazımdır ki, müharibə tək cəbhədə deyil, eyni zamanda diplomatik sferada da davam edir. Bu sahədə də haqqlı mövqeyimizi müdafiə etmək və cəbhədəki uğurlarımızı daha da möhkəmləndirmək lazımdır. Xüsusilə nəzərə almaq lazımdır ki, qlobal səviyyədə ermənistanın havadarları Azərbaycana qarşı təzyiqlər göstərməyə çalışır və bunun üçün müxtəlif provokativ addımlar atırlar. Təbii ki, bizim bunlardan qorxumuz və çəkinəcək yerimiz yoxdur. Amma yenə də qlobal səviyyədə müxtəlif məqamlara diqqət göstərmək lazımdır. Dəyişməyən həqiqət ondan ibarətdir ki, müharibə davam edir. Ordumuz şanlı qələbələr qazanmaqda davam edir. Daha 30 il gözləmək istəməyən və vəziyyətə tam nəzarət edən ali baş komandan var. Ali baş komandanının isə çox aydın bir mesajı var- QARABAĞ AZƏRBAYCANDIR! Biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Biz Qarabağa və ətraf işğal olunmuş ərazilərə çox qısa müddətdə qayıdacağıq.

Milli Məclisin deputatı Şahin İsmayılov

İctimai.az