Məhkəmə Rusiya Federasiyası müdafiə nazirinin keçmiş müavini Timur İvanovun rüşvət alması işində iştirak edən “OlimCityStroy” şirkətinin həmtəsisçisi Aleksandr Fominə məxsus “Porsche Cayenne” avtomobilinə həbs qoyub. Bu barədə RİA Novosti iş materiallarına istinadən yazır.
Bu gün 2018 Porsche-nin qiyməti 7 ilə 9 milyon rubl arasında dəyişir.
Avtoface xidmətinin məlumatına görə, sığorta polisi sahibinin baş hərfləri və doğum tarixi Fominin məlumatları ilə üst-üstə düşür.
Mənbə: RİA Novosti