Oman İran və ABŞ arasında danışıqlar prosesini qiymətləndiribbackend

TASS-ın məlumatına görə, Omanın xarici işlər naziri Bədr əl-Busaidi bildirib ki, İran və ABŞ danışıqları aparanları yeni ideyalara misli görünməmiş açıqlıq nümayiş etdirirlər.

O bildirib ki, “danışıq aparanların yeni və yaradıcı ideyalara və həllərə misli görünməmiş açıqlığı fonunda səylər aktiv və konstruktiv şəkildə davam edir”.

Omanın xarici işlər nazirinin sözlərinə görə, bu, “davamlı zəmanətlərlə ədalətli razılaşma”ya nail olmaq üçün şərait yaradır.