Son onilliyin ən etibarlı Toyota avtomobillərinin reytinqi açıqlanıb. Siyahı HotCars jurnalı tərəfindən tərtib edilib.
Reytinqdə birinci yeri 2014-cü ilin Toyota Camry modeli tutub. Mütəxəssislər izah etdilər ki, bu model geri çağırma kampaniyaları və sahiblərdən gələn kütləvi şikayətlərdən təsirlənməyib. İkinci yerdə bir müddət Rusiya Federasiyasında rəsmi olaraq satılan həmin ilin Toyota Venza krossoveri qərarlaşıb. İlk üçlüyü tamamlayan 2020 C-HR subkompakt krossoveridir.
İlk 10-luqda həmçinin 2016 Toyota Corolla, Toyota RAV4 (2018), Toyota Avalon (2018), Toyota Prius (2017), Toyota Tacoma (2022), Toyota Tundra (2021) və Toyota Sienna (2016) yer alıb.
Mənbə: Lenta.ru