Azərbaycan Yazıçılar Birliyinin (AYB) onlarla üzvü AYB sıralarından xaric edilib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza deyib.
O bildirib ki, 2026-cı ilin fevralın 1-nə qədər üzvlük haqqı ödəməyənlərin Birlikdən xaric ediləcəkləri ilə bağlı xəbərdarlıq sözügedən yazıçılara göndərilib:
“2020-ci ildən etibarən üzvlük haqqını ödəməyən otuza yaxın şair-yazıçı AYB-dən xaric edilib. Bu barədə həmən şəxslərə bildiriş göndəriləcək. Qurultayqabağı bütün üzvlərin siyahıya alınmağını yenidən təşkil edəcəyik”.














