OPEC+ 2026-cı ilin sonuna qədər neft hasilatına dair kvotaları təsdiqləyibbackend

Bütün OPEC+ nümayəndə heyətlərinin görüşündə neft hasilatı üzrə cari kvotaların 2026-cı ilin sonuna qədər uzadılması təsdiqlənib.

“38-ci Nazirlər Görüşündə razılaşdırılan Əməkdaşlıq Bəyannaməsində (DoC) iştirak edən OPEC və qeyri-OPEC ölkələri tərəfindən ümumi neft hasilatının səviyyəsi təsdiq edilib və 31 dekabr 2026-cı il tarixinədək qüvvədədir”, – deyə məlumatda bildirilir.

Həmçinin OPEC+ monitorinq komitəsinin iclaslarının iki aydan bir keçiriləcəyi və lazım gələrsə, bu görüşlərdən sonra bütün nümayəndə heyətlərinin növbədənkənar iclasının çağırıla biləcəyi təsdiqlənib.