RİA Novosti agentliyinin Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) hesabatına istinadən verdiyi məlumata görə, 2025-ci ilin dekabr ayında Rusiyanın neft hasilatı noyabr ayı ilə müqayisədə 73 min barel az olmaqla gündə 9,304 milyon barel təşkil edib.
Rusiyanın OPEC+ kvotaları çərçivəsində neft hasilatının limit həddi faktiki səviyyədən 270 min barel çox olmaqla gündə 9,574 milyon barel olaraq müəyyən edilib.











