OPEK-in baş katibi Rusiyanı etibarlı və sabit tərəfdaş adlandırıbbackend

OPEK-in baş katibi Hassam əl-Qais təşkilatın Rusiya ilə münasibətlərini güclü tərəfdaşlıq və enerji sektorunda əməkdaşlığın necə strukturlaşdırılmasının nümunəsi adlandırıb.

O, bu barədə müsahibəsində danışıb.

Söhbət Moskvada keçirilən Rusiya Enerji Həftəsi çərçivəsində baş tutub. Hassam əl-Qais tədbirə dəvətə görə təşkilata təşəkkür edib.

“Mən Moskvada keçirilən belə mühüm tədbirə – Rusiya Enerji Həftəsinə qayıtmaqdan məmnunam. Qlobal enerji sənayesi liderləri enerji ilə bağlı məsələləri müzakirə etmək üçün buraya toplaşırlar”, – o əlavə edib.

Haysam əl-Qais vurğulayıb ki, OPEC+ formatı çərçivəsində Rusiya yüksək səviyyəli dəstək verir və neft qlobal iqtisadiyyat üçün mühüm əhəmiyyət kəsb etdiyi üçün enerji bazarının sabitliyini qorumaq üçün birgə səylər davam edir.