OpenAI-nin direktorlar şurası öz şirkətinin milyarder ABŞ hökumətinin səmərəlilik üzrə rəhbəri İlon Maska satılmasını rədd edib.
Bu barədə X sosial şəbəkəsində OpenAI səhifəsində məlumat verilib.
“OpenAI satış üçün nəzərdə tutulmayıb və idarə heyəti Muskın rəqabətə zərbə vurmaq cəhdini yekdilliklə rədd etdi. OpenAI-nin hər hansı potensial yenidən təşkili bizim qeyri-kommersiya müəssisəmizi və süni ümumi intellektin faydalarını bütün bəşəriyyətə çatdırmaq missiyasını gücləndirəcək”, – bəyanatda deyilir.
OpenAI, süni intellekt sahəsində ChatGPT və digər yüksək texnologiyalı məhsulların yaradıcısıdır.
The Wall Street Journal xəbər verir ki, milyarder Elon Musk OpenAI-da nəzarət səhm paketinə sahib olan qeyri-kommersiya təşkilatını almaq üçün 97,4 milyard dollarlıq təklifdə bir qrup investora rəhbərlik edib.