OpenAI süni intellektdən istifadə etməklə yaradılmış məzmunu etiketləməkdən imtina edibbackend

Məşhur ChatGPT alətinin yaradıcısı olan OpenAI, bunun üçün hazır texnologiyanın olmasına baxmayaraq, süni intellektin yaratdığı mətnləri işarələmək üçün su nişanı sistemindən istifadə etməmək qərarına gəlib. Bu barədə “The Verge” məlumat yayıb.

Keçən il ərzində OpenAI-də ChatGPT tərəfindən yaradılan mətnlərdə su nişanlarını aşkar edə bilən bir alət var. Bu, süni intellektlə mətnin müəllifliyini yoxlamaq imkanı verir ki, bu da tələbə və elmi məqalələrin yazılması zamanı süni intellektdən istifadənin qarşısını almaq istəyən təhsil müəssisələri üçün xüsusilə vacibdir.

Lakin bu məsələ ilə bağlı şirkət daxilində fikir ayrılıqları yaranıb. Bəzi işçilər su nişanlarından istifadənin şirkətin şəffaflığını artıracağına inanırlar. Digərləri bunun biznesə mənfi təsir göstərə biləcəyindən qorxurlar.

Mənbə: Autotech