Macarıstan Avropa Birliyinin Rusiyaya qarşı sanksiyaları səbəbindən 18 milyard avrodan çox itki verib.
TASS xəbər verir ki, bu barədə ölkənin baş naziri Viktor Orban bildirib.
O qeyd edib ki, Macarıstan indi bu səbəbdən “əl əyləcini çəkib” və Aİ-dən məhdudiyyətlərin daha da uzadılmasının məqsədəuyğunluğunu nəzərdən keçirməyi xahiş edir.
“Mən Avropa liderlərindən bunun davam edə bilməyəcəyini, Macarıstanı belə bir məbləğ ödəməyə məcbur edə bilməyəcəyini başa düşmələrini xahiş etdim. Təbii ki, bu, başqaları üçün də təhlükədir, bu, bizim deyil, onların problemidir”, – Orban bildirib.