Qərb Ukraynaya “sülhməramlıların” göndərilməsi ilə bağlı müzakirələr, eləcə də Rusiya aktivlərinin müsadirə edilməsi və Ukraynaya kompensasiya ödənilməsi təşəbbüsləri səbəbindən Rusiya ilə münasibətlərində təhlükəli bir nöqtəyə yaxınlaşır. Bunu Macarıstanın Baş naziri Viktor Orban bildirib və onun çıxışı M1 televiziya kanalı tərəfindən yayımlanıb.
“Almanlar Ukraynaya sülhməramlı qüvvələr göndərməyi düşünürlər. Bəs Rusiya qoşunlarının atəşinə tutulub geri atəş açmağa başlasalar necə olar? Buna müharibə deyilir”, – Macarıstanın Baş naziri Seqeddə keçirilən görüşdə hakim Fidesz-Macarıstan Vətəndaş Birliyi partiyasının tərəfdarlarının suallarını cavablandırarkən vurğulayıb.















