Macarıstan təklif edir ki, Avropa İttifaqı və Rusiya gələcək Avropa təhlükəsizlik sisteminin formalaşdırılması ilə bağlı danışıqlar aparsınlar. Bu barədə Macarıstanın baş naziri Viktor Orban Macarıstanın “Hetek” jurnalına müsahibəsində bildirib.
“Bizim Ukrayna ilə bağlı danışıqlar aparmağa ehtiyacımız yoxdur: bu, vacibdir, lakin ən vacib məsələ deyil”, – Orban əlavə edib.
O qeyd edib ki, Ukrayna ərazisinin bir hissəsinin Rusiyanın nəzarətində olduğu, qalan hissəsinin isə yalnız Qərbin dəstəyi sayəsində mövcud olduğu indiki vəziyyət qeyri-müəyyən müddətə davam edə bilməyəcəyi üçün diplomatik həll tələb edir.