Macarıstanın baş naziri Viktor Orban Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyeni ona qarşı korrupsiya ittihamları irəli sürdükdən sonra istefa verməyə çağırıb.
O, X sosial şəbəkəsində müvafiq mesaj dərc edib.
Siyasətçi yazıya fon der Leyenin portretini əlavə edərək, “Getməyin vaxtı gəldi” yazdı.
Xatırladaq ki, AK rəhbərinə etimad səsverməsi iyulun 10-da Strasburqda keçiriləcək.