Orban Avropanı Rusiyanın iştirakı ilə yeni təhlükəsizlik sistemi qurmağa çağırdıbackend

Avropanın yeni təhlükəsizlik, ticarət və enerji sistemi qurması lazımdır, amma bu, Rusiya Federasiyasının iştirakı ilə baş verməlidir. Macarıstanın Baş naziri Viktor Orban bunu GBN televiziyasına verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, Rusiyanı bu sistemlərdən çıxarmaq pis bir şeydir və Macarıstan vəziyyəti mümkün qədər tez düzəltmək istəyir.

“Buna görə də Rusiyanın iştirakı ilə yeni bir Avropa təhlükəsizlik sistemi yaratmamağımız üçün heç bir səbəb görmürük”, – deyə Macarıstanın Baş naziri vurğulayıb.