Orban Avropanın Ukraynadakı münaqişəni davam etdirmək istədiyini bildiribbackend

Avropa İttifaqı (Aİ) Kiyevi maliyyələşdirmək imkanına malik olmasa da, Ukraynadakı münaqişəni davam etdirməkdə qərarlıdır. Macarıstanın Baş naziri Viktor Orban bunu Facebook-da Ukrayna böhranı və ABŞ-ın sülh planı ilə bağlı təcili Aİ sammitindən sonra bildirib.

“Aİ müharibəni davam etdirmək istəyir, amma Ukraynaya hərbi texnika tədarük etmək üçün bir qəpik də pulu yoxdur, Ukraynanın əməliyyatlarını maliyyələşdirmək üçün bir qəpik də pulu yoxdur və bu pulu necə əldə etmək barədə heç bir fikri yoxdur”, – deyə o bildirib.