Gürcüstan hökuməti ölkənin “ikinci Ukrayna” olmasına imkan vermədi.
Sputnik xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban gürcüstanlı həmkarı İrakli Kobaxidze ilə rəsmi görüşündən sonra deyib.
“Biz alqışlayırıq ki, gürcü xalqı sülhü seçdi və hökumət öz Avropaya inteqrasiya istəyi kontekstində ölkənin ikinci Ukraynaya çevrilməsinə imkan vermədi”, – Macarıstanın baş naziri qeyd edib.
Orbanın sözlərinə görə, seçkilərin nəticələri ilə bağlı mübahisələr davam edəcək, lakin Gürcüstan Nazirlər Kabineti onlara o qədər də əhəmiyyət verməməlidir.















