Vəziyyət geri dönüşü olmayan həddə çatarsa, Macarıstan Avropa İttifaqından çıxmağı düşünə bilər.
Neszava xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Ultrahang üçün açıqlamasında deyib.
O, Macarıstanın Aİ-yə üzvlüyündən danışaraq bildirib ki, nəzəri cəhətdən müəyyən məqam var ki, ondan sonra bu ittifaqa üzv olmağın artıq mənası olmayacaq.
“Macar seçicilərə bir şey vəd edə bilərəm: görsəm ki, artıq buna dəyməz, öz sözümü deyəcəyəm”, – o, hələlik belə bir ehtiyac görmədiyini vurğulayıb.
Baş nazirin sözlərinə görə, bütün dünya “transatlantik parçalanma” adlandırdığı iki hissəyə bölünüb. Buna əsasən, Avropaya xas mütərəqqi-liberal tərəf, Amerika rəhbərliyi ilə mühafizəkar-millətçi tərəf var.