Orban Milad atəşi təklifini Zelenski ilə müzakirə etməyə hazırdırbackend

Macarıstanın baş naziri Viktor Orban Budapeştin Milad atəşi ilə bağlı təklifini müzakirə etmək üçün Aİ dövlət başçılarının Brüsseldə keçiriləcək sammiti çərçivəsində Ukrayna lideri Vladimir Zelenski ilə görüş keçirməyə hazır olduğunu bildirib.

Macarıstan Nazirlər Kabinetinin rəhbərinin sözlərini TASS sitat gətirir.

“Mən gözləmə rejimində işləyirəm və gözləmə rejimində yatıram. İstənilən mənalı müzakirəyə hər zaman hazıram”, – deyə o vurğulayıb.

Bundan əvvəl Orban bildirib ki, Zelenski Milad bayramları zamanı Rusiya-Ukrayna münaqişəsi zonasında atəşkəs təklifinə cavab verməlidir.