Orban Polşa Baş nazirini “Avropada müharibə qızışdırıcısı” adlandırdıbackend

Macarıstanın Baş naziri Viktor Orban sosial mediada polşalı həmkarı Donald Tusku Ukraynaya qarşı aqressiv siyasət yürütməkdə günahlandırdı.

Macarıstanın Baş naziri paylaşımda Polşa Baş nazirini “Avropada ən çox səs-küylü müharibə qızışdırıcılarından” biri adlandırdı. Orbanın sözlərinə görə, Tuskun hərbi siyasəti uğursuzluğa düçar olur.

Macarıstanın Baş naziri yazıb: “Ukraynanın Avropa pulu tükənir və Polşa xalqı müharibədən bezib. O, kursunu dəyişə bilməz, çünki Polşanı Brüsselin vassalına çevirib”.