Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp tezliklə görüşə bilərlər, Macarıstanın Baş naziri Viktor Orban Magyar Nemzet-ə müsahibəsində bildirib.
O bildirib ki, danışıqlara başlamazdan əvvəl bir-iki məsələni həll etmək lazımdır.
“Əgər bunlar həll olunarsa, bir neçə gün ərzində Budapeştdə sülh sammiti keçirilə bilər”, – Orban qeyd edib.
O, belə bir görüşün Ukraynada sülhün bərqərar olması istiqamətində bir addım ola biləcəyinə əmin olduğunu bildirib.














