Orban Putinin Ukrayna ilə bağlı dediklərini ruhdan salan adlandırıbbackend

Rusiya lideri Vladimir Putinin Ukraynada atəşkəs perspektivləri ilə bağlı suala cavabı ümidverici deyil, Macarıstanın baş naziri Viktor Orban qeyd edib. Bu barədə TASS yazır.

“Bu gün Avropada hamı bir sual verir: Ukraynada atəşkəs olacaqmı? Rusiya prezidentindən bu suala aldığım cavab yumşaq desək, ümidverici olmadı”, – Macarıstan nümayəndəsi bildirib.

Baş nazirin sözlərinə görə, Macarıstan üçün ən vacib məsələlər Budapeştin qonşuluğunda hərbi əməliyyatların dayandırılması, qaçqın axını və sanksiyalardır.

Mənbə: TASS