Macarıstan Ukrayna ilə bağlı sülh danışıqları üçün platforma təqdim etməyə hazırdır və bu, Budapeşt ola bilər.
Macarıstanın Baş naziri Viktor Orban bunu ABŞ Dövlət katibi Marko Rubio ilə birgə mətbuat konfransında bildirib.
Orban qeyd edib ki, Macarıstan “mümkünsə”, sülh sammiti üçün platforma təqdim etməyə “hazırdır”. Orban həmçinin ABŞ Prezidenti Donald Trampın münaqişənin həllində xüsusi rolunu vurğulayıb.
“Əgər Donald Tramp ABŞ prezidenti olsaydı, hərbi əməliyyatlar başlamazdı. Əgər o, indi prezident olmasaydı, buna sülh yolu ilə son qoymaq üçün bir şansımız da olmazdı”, – Macarıstanın Baş naziri bildirib.














