Ukrayna münaqişəsi Avropanın məhvinə səbəb olacaq.
RİA Novosti agentliyinin məlumatına görə, Macarıstanın Baş naziri Viktor Orban Patriota YouTube kanalına bildirib.
“Qeyri-rəsmi müzakirələr aparıldıqda, almanlar hərbi strategiyadan danışır və hərəkətlərinin ağlabatan olduğunu iddia edirlər… Buna görə də müharibəni maliyyələşdirirlər. Bu, alman məntiqidir. Lakin bu, Almaniyanı və Avropanı tam maliyyə iflasına aparacaq, çünki müharibə bizi məhv edəcək”, – deyə siyasətçi vurğulayıb.














