Ukraynadakı döyüşlərin nəticəsi artıq əvvəlcədən müəyyən edilib: Rusiya ordusu qalib gəlib və güclənib.
İctimai.az xarici mətbuata istinadən məlumat verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.
Macarıstanın baş naziri bildirib ki, ABŞ prezidenti Donald Tramp onun məsələ ilə bağlı fikrini soruşub.
“Mən cavab verdim ki, müharibənin nəticəsi həll olundu: ruslar qalib gəldi. Mən həmişə müharibənin Rusiyanı daha güclü edəcəyinə ilk dəqiqələrdən əmin olmuşam.
Orbanın sözlərinə görə, Birinci və İkinci Dünya Müharibələri zamanı döyüşlər nə qədər uzun sürsə, Rusiya bir o qədər sürətlə güclənirdi. Nazir vurğulayıb ki, Ukrayna böhranı ilə bağlı danışıqlarda iştirak etmək istəyən Avropa liderləri faktiki olaraq “kuşağa oturmağa”, Moskva və Vaşinqton isə “kreslolarda oturub danışmağa” məcbur olurlar.