Orban Ukraynanın Drujba boru kəməri ilə neft tranzitində “blokadasını qıracağına” söz veribbackend

Ukrayna lideri Vladimir Zelenski Macarıstana qarşı şantaj məqsədilə “Drujba” neft kəmərini bağladı. Lakin Budapeşt təslim olmayacaq və blokadanı pozacaq.

RİA Novosti agentliyinin verdiyi məlumata görə, bunu Baş nazir Viktor Orban bildirib.

“Zelenskinin hərəkətləri Macarıstana qarşı şantajdır. Lakin Macarıstan təslim olmayacaq və biz neft blokadasını pozacağıq”, – Orban deyib.

O, Kiyevin “Drujba” kəməri vasitəsilə Rusiyadan neft tranzitini bərpa edənə qədər Macarıstanın Ukraynaya qarşı əks tədbirlər görəcəyinə əminlik verib.