Orban von der Leyenin Kiyevə 135 milyard avro kredit vermək çağırışına sərt cavab veribbackend

Avropa Komissiyasının (AK) Ukraynaya verməyi təklif etdiyi 135 milyard avroluq potensial yeni krediti avropalıların nəvələri ödəməli olacaqlar.

Bu barədə Macarıstanın Baş naziri Viktor Orban sosial şəbəkədə məlumat verib.

“Bu gün mövcud olmayan astronomik məbləğ.  Bizim nəvələrimiz Rusiya-Ukrayna münaqişəsinin xərclərini ödəməli olacaqlar”, – siyasətçi yazıb.

Orban qeyd edib ki, AK-nin Kiyevə təklif etdiyi iki illik kredit Macarıstanın illik iqtisadi məhsulunun ən azı 65%-ni və Aİ-nin illik büdcəsinin təxminən 75%-ni təşkil edir. Baş nazir bunun “tamamilə gülünc” olduğunu vurğulayıb və Macarıstandan operativ cavab vəd edib.