Orban yenə fon der Leyen haqqında sərt danışıbbackend

Macarıstanın baş naziri Viktor Orban Kossuth radiosunda Avropa Komissiyasının sədri Ursula von der Leyeni bir daha Avropanı “müharibəyə” sürükləmək cəhdinə görə tənqid edib.

Onun sözlərinə görə, Budapeşt üç il yarımdır ki, Ukraynadakı münaqişənin mənfi nəticələrindən əziyyət çəkir, baxmayaraq ki, bununla heç bir əlaqəsi yoxdur. Qərbdə bəzi “xanımlar və cənablar” ölkəni “boynundan tutub” münaqişəyə sürükləmək istəyirlər və buna müqavimət göstərmək lazımdır”, – deyə siyasətçi bildirib.

O xatırladıb ki, macarlar iştirak etmək istəmədikləri Birinci və İkinci Dünya müharibələrinə sürükləniblər. Baş nazir bildirib ki, bu, ölkənin “bütün 20-ci əsri itirməsinə” gətirib çıxarıb. Onun sözlərinə görə, Macarıstanı bu münaqişələrə sürükləyən Ursula fon der Leyen kimi siyasətçilər olub.