Orban Zelenskinin Macarıstana qarşı hədələrinə cavab verməklə hədələyibbackend

Ukrayna prezidenti Vladimir Zelenskinin Macarıstanı təhdidləri diqqətdən kənarda qalmayacaq.

Bunu Macarıstanın baş naziri Viktor Orban deyib.

“O etiraf etdi ki, “Drujba” kəmərini vururlar, çünki biz onların Avropa İttifaqına daxil olmasını dəstəkləmirik. Bu, bir daha sübut edir ki, macarlar düzgün qərar qəbul ediblər”, – Macarıstan Nazirlər Kabinetinin rəhbəri deyib.

Orban əlavə edib ki, Ukrayna “şantaj, partlayışlar və təhdidlərə” əl atsa, Aİ-yə üzvlüyünü təmin edə bilməyəcək.